Henri Kissencer 100 yaşında vəfat etdi

ABŞ-nin keçmiş dövlət katibi Henri Kissencer vəfat edib.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Nobel sülh mükafatı laureatı keçmiş dövlət katibi 100 yaşında dünyasını dəyişib.

O, 1923-cü ilin 27 may tarixində Almaniyada, Bavariya əyalətinin Fyürt şəhərində yəhudi ailəsində anadan olub. 1938-ci ildə Kissincerlər ailəsi nasist təqibindən xilas olmaq üçün ABŞ-yə yollanıb.

Henri Kissencer 1973-1977 illərdə ABŞ Dövlət Departamentinə rəhbərlik edib.//KONKRET.az 

30.11.2023 09:02
765