Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi

Nazim Əfəndiyev Rusiyanın "Metalloinvest" şirkətinin baş direktoru vəzifəsindən istefa verib. Bundan sonra Direktorlar Şurasına rəhbərlik edəcək.

Musavat.com axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, onu Oleq Krestinin əvəzləyəcək.

Qeyd edək ki, Nazim Tofiq oğlu Əfəndiyev 1963-cü ildə Bakıda anadan olub. N.Əfəndiyev 2020-ci ildə "Metalloinvest" MMC İdarəetmə Şirkətinin baş direktoru təyin olunmuşdu.

04.12.2023 21:23
1058