Həmyerlilərimiz itkin düşdü: Ukraynada SON VƏZİYYƏT - VİDEO

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Xarkov, Donetsk, Xerson və Zaporojye vilayətlərində Rusiya Ordusu ilə Ukrayna Silahlı Qüvvələri arasında bir gecədə 90-a qədər ağır döyüş gedib.

“Xarkovun Kupyansk şəhəri istiqamətində vəziyyət daha gərgindir. Bura Rusiya ilə sərhəddə yerləşdiyi üçün strateji ərazi hesab olunur”, - deyə jurnalist əlavə edib. M.Aslanov Ukraynada itkin düşən daha iki azərbaycanlı barədə də məlumat verib.

“Onlar kiçik sahibkarlıqla məşğul olan 47 yaşlı Asif Dadaşov və onun 30 yaşlı yaxın qohumu Kamal Bidzinovdur. Həmyerlilərimizlə son əlaqə Rusiya ordusuna məxsus postda olub”, - deyə o bildirib.

Ətraflı süjetdə:

26.01.2024 22:53
705