"Həmin sənətçiləri efirdə görəndə deyirəm, onun yiyəsi yoxdur?"

Xalq artisti İlham Namiq Kamal sənət adamlarını tənqid edib. 

Aktyor bu haqda "Gündən-günə" verilişində danışıb.

O bildirib ki, bəzi sənət adamlarının efirdə davranışını bəyənmir:

"O sənətkarlara böyük hörmətim var ki, həyatda başqa, səhnədə tam başqadırlar. Bəziləri var ki, bir rol oynayır, həyatda da özünü o cür aparırlar. Bəzi sənət adamları çıxıb efirdə elə hərəkət edir ki... Utanıram, xəcalət çəkirəm. Düşünürəm ki, görəsən, onun bir yiyəsi, uşağı, ailəsi yoxdur? Ona görə də təvazökar olmaq lazımdır. Allah sənət, görkəm verir, başqa nə lazımdır?" (Axşam.az)

18.11.2023 23:43
2075