Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.
DİN-in Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, əməliyyat tədbirləri nəticəsində naməlum şəxsin kimliyi müəyyən edilib.
Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.
Şəxsin əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.
Araşdırmalar davam etdirilir.