"Atam (Xalq artisti Alim Qasımovu nəzərdə tutur - red.) mənim üçün yaranma səbəbim, işıqlı, günəşli dünyamdır".
Musavat.com axşam.az-a isitnadən xəbər verir ki, bu sözləri Əməkdar artist Fərqanə Qasımova "Rəngarəng səhər" proqramında deyib. Xanəndə atası, Xalq artisti Alim Qasımovdan danışıb.
F.Qasımova övladlarından söz açıb:
"Övladlarım müğənni olmaq istəsə, ən azında mənim qədər istedadlı olmalıdırlar. Mən dünyaya gələndən çox istedadlı olmuşam. Mənim qədər istedadlı olsaydılar, önlərini heç kim kəsə bilməzdi. Uşaqlarım sözümə qulaq asmayanda sakit dayanıram. Hücum etmək xasiyyətim yoxdur. İnsana cəza verilməz" deyə, muğam ifaçısı bildirib.
F.Qasımova ailə qurduğu zaman atasının yaşadıqlarından bəhs edib. O bildirib ki, həmin gün yazdığı məktub valideynlərini kövrəldib:
"Bilsəydim heç yazmazdım. Həssas, kövrək, qəlbi dünya ilə doluyam. Ayrılığın, barışığın özündə məna axtarıram. Anamın, atamın evindən köçəndə adi formada köçmədim. Bütün uşaqlıq xatirələrimi, valideynlərimə olan sevgimi bir məktuba yazıb, anamın çantasına qoydum. Oxuyub ağlayıblar. Evdə bir yas düşüb ki, gəl görəsən. Mən ailə quran günü Alim Qasımov evə gəlməyib, gedib anası gilə".