Həmid Herisçi xəstəxanadan evə buraxıldı

Həmid Herisçi xəstəxanadan evə buraxılıb. 

Musavat.com xəbər verir ki, bu barədə onun həyat yoldaşı İlhamiyyə Rza məlumat verib: "Əziz dostlar, həmkarlar, Həmidin oxucuları, məlumat verməyi borc bildim. Həmid xəstəxanadan çıxdı. Şükür. Göydə Allah, yerdə sizin dualarınız, həkimlərimiz və dostlarımızın qayğısı sayəsində bu gün bir az daha yaxşıdır. Lakin çox zəifdir. Ciddi reabilitasiyaya ehtiyac var. Odur ki, həmkarlarımızın müsahibə almaqla bağlı  çoxsaylı müraciətlərinə müsbət cavab verə bilmirik. Anlayışınız üçün sağ olun. Nə lazımdırsa, məndən soruşun, özü hələ müsahibə verməkdə çətinlik çəkir. Bir daha yanımızda olan  hər kəsə çox minnətdarıq. TƏBİB , Elnur Hidayətoglu var olun!  Ceyhun Musaoğlu,bu gün də yanımızda oldunuz, çox sağ olun!"

Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilmişdi.

Musavat.com

02.02.2024 20:20
596