Həmid Herisçi evə buraxılır? - TƏBİB-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, 2 gün əvvəl ağır vəziyyətdə hospitəlizə olunan jurnalist Həmid Herisçinin artıq kritik dövrü geri buraxdığı üçün 2 günə evə yazılacağı bildirilib. Qeyd edək ki, bu barədə yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rza sosial media hesabında deyildiyi iddia olunub.

News24.az məsələyə aydınlıq gətirməsi üçün TƏBİB-ə sorğu göndərib.

Sorğumuza cavab olaraq TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirdi ki, yayılan məlumat tamamilə yanlışdır:

"Bu sadəcə İlhamiyyə xanımın yazdığı statusdur. Yanlış anlaşılma olub. Yazıçının vəziyyəti ilə bağlı sizi məlumatlandıracağıq".

31.01.2024 11:49
923