Həmcinsinə aşiq olan qız intihar etdi

Rusiyada 15 yaşlı məktəbli qız intihar edib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, o, özünü çoxmərtəbəli yaşayış binasının 17-ci mərtəbəsindən yerə atıb.

Həkimlər qızı reanimasiya etməyə çalışsalar da, o, təcili yardım maşınında vəfat edib.

Hadisə bir neçə gün öncə Tümendə yaşanıb.

Məlumata görə, məktəbli öz sinif yoldaşı olan digər bir qıza vurulub, lakin ondan müsbət cavab ala bilməyib.

30.10.2022 22:16
2378