İsrail iqtisadiyyatı 2023-cü ilin dördüncü rübündə illik müqayisədə 19,4 faiz kiçilib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Statistika Bürosu məlumat açıqlayıb. Məlumata görə, bu, 2020-ci ilin ikinci rübündən bəri maksimum azalmadır.
Trading Economics ekspertlərinin konsensus proqnozu 10 faiz azalmanı nəzərdə tuturdu.
Ötən ilin üçüncü rübündə ÜDM-in artımı göstəricisi 2,7 faizdən 1,8 faizə endirilib.
2023-cü ilin oktyabr-dekabr aylarında İsraildə istehlak xərcləri 26,9 faiz, biznesin kapital qoyuluşuj 67,8 faiz, ixrac 18,3 faiz, idxal 42 faiz azalıb. Dövlət xərcləri əsasən hərbi xərclər hesabına 88,1 faiz artıb.
2023-cü ilin yekununda İsrail iqtisadiyyatı bir il əvvəlki 6,5 faiz genişlənməyə qarşı cəmi 2 faiz böyüyüb.
Musavat.com