HƏMAS-ın hərbi qolu “İzəddin əl-Qasam briqadası” İsrailin cənubunda yerləşən Sderot şəhərinə yeni hücumlar həyata keçirdiklərini açıqlayıb.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qrupun teleqram kanalında yayımlanan mesajda deyilir.
Şəhərə 50 mərmi atıldığı iddia edilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Musavat.com