Fələstinin HƏMAS hərəkatının hərbi qanadı "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivə raket hücumu təşkil etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bununla bağlı məlumat hərəkatın rəsmi Telegram kanalında dərc olunub.
“Düşmənin mülki əhaliyə qarşı cinayətlərinə cavab olaraq, əl-Qəssam briqadasının döyüşçüləri Təl-Əviv istiqamətində raket atıblar”, - deyə məlumatda bildirilir. Raketin hədəfləri vurub-vurmadığı barədə məlumat verilmir.
Şahanə Rəhimli
Musavat.com