HƏMAS təşkilatının rəhbərlərindən biri olan Saleh əl-Əruri öldürülüb.
Musavat.com xəbər verir ki, HƏMAS onun öldüyünü təsdiqləyib. Onun Livanın Dahiya şəhərinə İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldüyü bildirilib.
HƏMAS-ın bəyanatında Əl-Əruri ilə birlikdə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının iki komandirinin öldürüldüyü də qeyd olunub.
Musavat.com