Musavat.com xəbər verir ki, Al Jazeera telekanalı HƏMAS nümayəndəsinə istinadla sensasion məlumat yayıb.
Bildirilir ki, İsrailin Dohada həyata keçirdiyi hücum zamanı HƏMAS rəhbərliyinə qarşı sui-qəsd cəhdi baş tutmayıb.
Məlumata görə, qruplaşma nümayəndələri bildiriblər ki, İsrailin əsas hədəfi olan Xalil əl-Hayyanı öldürmək cəhdi uğursuzluğa düçar olub.
Lakin İsrail hücumu nəticəsində əl-Hayyanın oğlu Humam həlak olub. Bundan əlavə, liderin üç mühafizəçisi və əsas köməkçisi ilə əlaqə itib.
Bu hadisə, İsrailin Yaxın Şərqdə intensivləşən əməliyyatlarının fonunda beynəlxalq rezonans doğurub.
Musavat.com