HƏMAS Qəzza zolağına nəzarəti itirir

İsrailin müdafiə naziri bildirib ki, HƏMAS Qəzza zolağına nəzarəti itirir. 

Musavat.com xəbər verir ki, o, HƏMAS-ın ciddi itkilər verdiyini də qeyd edib.

“HƏMAS nəzarəti itirir, itkilər verir və buna İsrail Müdafiə Qüvvələrinin kəşfiyyatla koordinasiyalı şəkildə havadan, dənizdən və qurudan fəaliyyət göstərən qəti və güclü əməliyyatları ilə nail olunur. Nəticələrimiz çox əhəmiyyətli, təsiredici və dəqiqdir”, - deyə İsrailin müdafiə naziri Yoav Qalant bildirib. 

 

Musavat.com

06.12.2023 01:47
503