Həmas polkovniki Məhəmməd Mursi Qəzzada öldürüldü- HADİSƏ YERİNDƏN VİDEO

 Qəzza zolağının şimalında HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin rəhbərinin müavini İsrailin hava hücumu nəticəsində öldürülüb.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.

Söhbət polkovnik Məhəmməd Mursidən gedir. O, ailəsinin 3 üzvü ilə birlikdə Cəbəliyədəki evinə hücum zamanı həlak olub.

Bu barədə İsrail ordusu heç bir şərh verməyib.

08.09.2024 10:48
396