HƏMAS onu da qətlə YETİRDİ - FOTO

HƏMAS israilli alim Sergey Qredeskul və onun həyat yoldaşını qətlə yetirib.

Bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksey Xoxlov özünün Telegram kanalında məlumat verib.

O, paylaşımda bunları qeyd edib:

"İsraildən faciəli xəbər gəldi: oktyabrın 7-də HƏMAS yaraqlılarının terror aktı zamanı Sergey Andreeviç Qredeskul və onun həyat yoldaşı Ofakim şəhərindəki evlərində öldürülüb", - Xoxlov yazıb.

Qeyd edək ki, Sergey Andreeviç görkəmli nəzəri fizik, akademik idi. Alim bugünədək 100-dən çox elmi məqalə yazıb.//News24.az

 

11.10.2023 20:56
2024