“HƏMAS” lideri ilə bağlı ŞOK - Öldüyü iddia edilir

“HƏMAS” hərəkatının siyasi bürosunun yeni rəhbəri Yəhya Sinvarın İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində öldüyü iddia edilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumat telegram kanallarında yayılıb.

İsrail hərbi kəşfiyyatı Sinvarın öldürülməsi ilə bağlı yayılan məlumatları araşdırır.

Bu barədə İsrailin “Kan” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, HƏMAS liderinin ölümünü təsdiq edən hələlik etibarlı məlumat yoxdur. 

Musavat.com

23.09.2024 00:42
877