HƏMAS İsraillə Qəzza üzrə sazişə hazır olduğunu bildirib


Fələstin hərəkatının yüksək vəzifəli nümayəndəsi HƏMAS-ın İsraillə Qəzza mövzusunda razılaşmaya açıq olduğunu bəyan edib.

Musavat.com xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

"Bizim tələblərimiz aydındır. Əgər Netanyahu daha əvvəl razılaşdırılan öhdəlikləri yerinə yetirməyə razı olsa, saziş mümkündür," – deyə HƏMAS-ın Qətərdəki Siyasi Bürosunun üzvü bildirib.
Xəbərdə həmçinin qeyd olunur ki, Misir döyüşlərin iki gün dayandırılmasını və dörd israilli girovun bir neçə fələstinli məhbusla dəyişdirilməsini təklif edib.

Musavat.com

28.10.2024 10:26
322