İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib.
Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Məlumatda bildirilir ki, İsrail Müdafiə Qüvvələri HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edib və Qəzza zolağında döyüşləri bərpa edib.
Qeyd olunub ki, dekabrın 1-i səhər saatlarında HƏMAS İsrailə raket zərbəsi endirib.
Xatırladaq ki, noyabrın 24-dən noyabrın 30-dək tərəflər arasında humanitar atəşkəs elan olunmuşdu. Bu müddət ərzində girov və əsir mübadiləsi keçirilib.
Musavat.com