Fələstin HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Təl-Əvivin cənubunda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Musavat.com bu barədə hərəkatın telegram kanalında bildirib.
Qeyd edilib ki, yaxın bir neçə gün ərzində yeni hücumlar olacaq.
Xatırladaq ki, Təl-Əvivin cənubunda oktyabrın 1-də axşam saatlarında baş verən atışma nəticəsində İsrailin 7 vətəndaşı ölüb, 16-sı yaralanıb.
Müəyyən edilib ki, terror aktını iki nəfər törədib, onlardan biri ölübdürülüb, digəri isə ağır yaralanıb. Hər ikisi İordan çayının qərb sahilində yerləşən Hevron şəhərinin sakinləridir.
Musavat.com