Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar sağdır və uzun sükutdan sonra onunla əlaqə saxlanılıb.
Musavat.com xəbır verir ki, bu barədə Walla portalı İsrail rəsmisinə istinadən məlumat yayıb.
Portalın həmsöhbətinin sözlərinə görə, Sinvar son günlər Qətərdəki Həmas nümayəndələri ilə əlaqəni bərpa edib və onlara mesajlar göndərib. İsrail rəsmisi bildirib ki, HƏMAS liderinin bunu dəqiq nə vaxt etdiyi məlum deyil.
Lakin onun mesajları Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün aparılan danışıqlarla bağlı mövqeyinin yumşaldılmasına işarə etmir.
Şahanə Rəhimli
Musavat.com
.