HƏMAS ilk dəfə BU SİLAHDAN istifadə etdi - VİDEO

Dünən Qəzza şəhərinin şimalında “İzzəddin əl-Qəssam” qruplaşması ilə İsrail ordusu arasında 6 saatlıq fasiləsiz döyüş olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, qruplaşma teleqram hesabından verdiyi açıqlamada ilk dəfə Cibaliya bölgəsində "RPO-A" silahından istifadə etdiyini bildirib.

Məlumatda həmçinin evdə gizlənən bütün İsrail əsgərlərinin öldüyü və yaralandığı qeyd edilib.

Başqa bir açıqlamada isə Qəzzanın şimalındakı Əs-Səftavi bölgəsində bir vertolyotun "SAM-18" raketi ilə vurulduğu bildirilib.

Musavat.com

28.12.2023 10:31
2142