Fələstinin HƏMAS hərəkatı Livanda peycerlərin eyni vaxtda partladılması və 8 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə İsrail hökumətini məsuliyyət daşımağa çağırıb.
Bu barədə hərəkatın Teleqram kanalında deyilir: “İşğal hökuməti bu terrora görə tam məsuliyyət daşıyır”.
Radikalların fikrincə, bu terror əməliyyatı İsrailin regiona qarşı ümumi təcavüzünün bir hissəsidir və ABŞ-nin dəstəyi ilə həyata keçirilib.
“Bu hərəkət bütün qanunlara və adətlərə ziddir və regionda yalnız gərginliyin artmasına səbəb olacaq”.
Livanın paytaxtı Beyrutda “Hizbullah” tərəfindən istifadə edilən portativ rabitə qurğuları partladılıb. Son məlumatlara görə, azı 2800 nəfər yaralanıb, 8 nəfər isə həlak olub.
Şahanə Rəhimli
Musavat.com