HƏMAS daha bir Sinvarın ölümünü TƏSDİQLƏDİ

HƏMAS hərəkatı təşkilatın hərbi qanadı olan “İzzəddin əl-Qəssam Briqadaları”nın yüksək rütbəli komandiri, HƏMAS lideri Yəhya Sinvarın qardaşı Muhamməd Sinvarın ölümünü təsdiqləyib.

Musavat.com bildirir ki, məlumatda qeyd olunur ki, Muhamməd Sinvar uzun illər ərzində hərəkatın hərbi strukturlarında əsas fiqurlardan biri olub və birbaşa döyüş əməliyyatlarının idarə edilməsində iştirak edib.

Onun ölümü HƏMAS daxilində ciddi itki kimi qiymətləndirilir.

Musavat.com

31.08.2025 02:23
537