HƏMAS-a qarşı əməliyyat İsrailə neçəyə başa gələcək?

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları 2024-cü ilin sonuna qədər tamamlanarsa, ölkəyə ən optimist hesablamalara görə, 200 milyard şekelə (təxminən 51 milyard ABŞ dollarına - Qeyd) başa gələcək.

Bu barədə İsrailin “Calcalist” iqtisadi qəzeti ölkənin Maliyyə Nazirliyinin ilkin məlumatlarına istinadən xəbər yayıb.

Qeyd olunub ki, bu xərclər İsrailin ÜDM-nin illik 10%-ni təşkil edəcək. Nəşr vurğulayıb ki, Maliyyə Nazirliyi bu qiymətləndirməni nikbin kimi xarakterizə edir.

Xatırladaq ki, İsraildə pandemiya ilə bağlı hökumət xərcləri təxminən 160 milyard şekel təşkil etmişdi. (Report)

05.11.2023 18:03
609