Helikopter qəzaya uğradı: Ölənlər var - ANBAAN GÖRÜNTÜLƏR

ABŞ-ın Florida ştatında yanğın xilasetmə helikopteri qəzaya uğrayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, helikopter bir evin üzərinə düşüb.

Qəza nəticəsində 1 personal və 1 mülki şəxs həlak olub.

Ətrafdakı insanlar mobil telefon vasitəsilə qəza anında helikopterin evin üzərinə düşdüyü və yanğının başladığı anları lentə alıblar.

Musavat.com

29.08.2023 19:10
1289