Həlak olan hərbçilərin valideynləri aksiya keçirdi - Rəsmi açıqlama

Dekabrın 26-da saat 14 radələrində müxtəlif illərdə qeyri-döyüş şəraitində həlak olan hərbi qulluqçuların bir qrup valideyni və qohumu 20 Yanvar dairəsində toplanıb.

Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən bildirilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, onların tələbi övladlarına və yaxın qohumlarına şəhidlik statusunun verilməsi olub.

Polis əməkdaşları tərəfindən onlarla izahedici söhbətlər aparılaraq aidiyyəti ünvana göndəriliblər.

26.12.2022 15:13
1433