Həlak olan əsgərimizin FOTOSU

Xəbər verdiyimiz kimi, əsgər Bağırov Nurbala Asif oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, 2005-ci il təvəllüdlü hərbçimiz Xızı rayonunun Sitalçay kəndindəndir.

O, cari ilin iyul axında hərbi xidmətə yollanıb, Kəlbəcər rayonunda hərbi xidmət keçib.

Hərbçimiz bu gün doğulduğu kənddə dəfn olunub.

14.09.2024 19:29
939