Həkimlərin maaşı ARTACAQ? - Nazir müavinindən ŞAD XƏBƏR

"Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var".

Bu fikirləri Oxu.Az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır:

"İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük".

O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır:

"Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".

29.10.2024 14:15
635