Son zamanlar mədəkiçiltmə əməliyyatlarının (bariatrik cərrahiyyə) fəsadları barədə şikayətlər çoxalıb.
Bu əməliyyatlardan sonra ölənlərin sayı az deyil. Bunlar arasında tanınmışlar da var. Ötən il vəfat edən aktrisa Tünzalə Əliyevada mədəkiçiltmə əməliyyatından sonra xərçəngin inkişaf etdiyi bildirilirdi.
İllər əvvəl “Dəli Kür” filmindən məşhurlaşan müğənni Reyhan Müslümova da mədəkiçiltmə əməliyyatı zamanı vəfat edib. Ötən il AzTV-nin 24 yaşlı əməkdaşı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından 2 gün sonra dünyasını dəyişdi. Bu siyahını artırmaq da olar.
Narahat doğuran məqam isə bu əməliyyatdan sonra ölüm hallarının daha çox gənclər arasında üstünlük təşkil etməsidir.
Bəs niyə zərərli olduğu halda insanlar mədələrinin kəsilməsinə, kiçildilməsinə maraq göstərirlər?
Laparoskopik bariatrik-metabolik cərrah, Bariatrik Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Taryel Ömərov "TV Müsavat"ın qonağı olub, bu və digər sualları cavablandırıb.
Musavat.com həmin videomaterialı təqdim edir:
Afaq Mirayiq,
Rafət Şahbazov
Musavat.com