Həkim, müstəntiq, musiqiçi və rəssam – Milli Məclisin xanım deputatları kimlərdir?

 

Xəbər verdiyimiz kimi Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb. Bu, seçki məntəqələrinin 91 faizini təşkil edib. Daha öncə cəmiyyətdə tez-tez Milli Məclisdə qadın deputatların sayının az olması müzakirə edilirdi. Deyirdilər ki, parlamentdə gender bərabərliyi qorunmur. Hazırki seçkidən sonra qadınların sayında artım olduğunu görürük. Bəs qadın deputatlar kimlərdir?

Musavat.com onların siyahısını və barələrində məlumatı təqdim edir:

 Nigar Arpadarai appointed as UN Climate Change High-Level Champion for COP29 Azerbaijan

7 Saylı Səbail Seçki Dairəsindən seçkilərə qatılan Nigar Arpadarai ilkin nəticələrə görə seçicilərin 57.3 faizinin səsini qazanıb. Nigar Cavid qızı Arpadarai 17 yanvar 1982-ci ildə Bakı şəhərində rəssam ailəsində anadan olub.  O, 1998-ci ildə Bakı şəhəri 44 saylı tam orta məktəbi bitirib. 1998–2002-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində "Beynəlxalq hüquq" ixtisası üzrə bakalavr, 2002–2004-cü illərdə isə magistratura təhsili almış, magistraturanı fərqlənmə diplomu ilə bitirib.  

O, Milli Məclisin 6-cı çağırış deputatı, həmçinin Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olub. O, 2015–2020 Formula 1 Azərbaycan Qran Prisinin Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri və Milli mətbuat katibi kimi fəaliyyət göstərib.

Atası Cavid Arpadarai Süleyman oğlu rəssamdır, 1992–2001-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin direktoru vəzifəsində çalışıb.  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Anası Lətafət Məmmədova SSRİ Rəssamlar İttifaqının üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hafiz Məmmədovun qızıdır. Nigar Arpadarai evlidir, iki oğlu var.

 Səbinə Xasayeva: Vahid turizm məkanının yaradılması turistlərin Azərbaycana cəlb edilməsində əhəmiyyətli rol oynayacaq

Səbinə Xasayeva 68.4 faiz səslə irəlidədir. O, 30 mart 1993-cü ildə Bakı şəhərində anadan olub.  1999-cu ildə Bakı şəhəri S.Məhərrəmov adına orta məktəbin birinci sinfinə daxil olub və həmin məktəbi 2010-cu ildə bitirib.

2010-2014- cü illərdə Azərbaycan Dillər Universitetinin “Beynəlxalq Münasibətlər və Regionşünaslıq” fakültəsində  “Skandinaviyaşünaslıq” ixtisası üzrə ali təhsil alıb.

2016- 2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İdarəetmədə informasiya sistemləri” ixtisası üzrə magistr təhsili alıb.

2014 və 2019-cu illərdə keçirilən bələdiyyə seçkilərində iştirak edib və Lökbatan bələdiyyəsinin üzvü seçilib və bu illər ərzində Lökbatan bələdiyyəsində sədr  müavini vəzifəsində çalışıb.

2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının VI çağırış  Milli Məclisinə keçirilən seçkilərdə iştirak edib və 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Səbinə Xasayev millət vəkili seçilib. Milli Məclisin Regional məsələlər Komitəsinin üzvüdür.

 BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Gülşən Paşayeva 13 saylı Xəzər İkinci Seçki Dairəsindən 48.5 faiz səslə liderdir. 

O,1 avqust 1961-ci ildə Bakıda anadan olub. 2009-cu ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, iki il sonra mərkəzə direktor müavini təyin olunub. 2018-ci ildən Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. G.Paşayeva 2018-ci ildə eyni gündə həm atasını, həm də anasını itirib.

Öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyini irəli sürmüş xanım Əfəndiyeva 49.5 faiz səs toplayıb. Günay Əfəndiyeva Baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. O, əvvəlcə Bülbül adına musiqi məktəbini bitirib, daha sonra Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 2004-cü ildə Azərbaycanın İstanbuldakı Konsulluğunda işə qəbul edilib və bununla da G.Əfəndiyevanın diplomat karyerası başlayıb. Günay Əfəndiyeva 4 il (2004-2008-ci illər) Azərbaycanın İstanbuldakı Konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. O, daha sonra Azərbaycana qayıdıb və 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.

 

Məlahət İbrahimqızı 62.4 faiz səslə dairəsində liderlik edir. 1958-ci il aprelin 25-də Ermənistan Respublikası Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Harvard Universitetinin Kennedi Proqramının İctimai səhiyyə, Qadın və hakimiyyət kurslarında təhsil alıb.  Tarix üzrə fəlsəfə doktorudur. Qadın hüquqlarına dair 5 kitabın müəllifidir. «Şöhrət» ordeni ilə təltif edilib. İngilis və rus dillərini bilir.

Yeni Azərbaycan Partiyası Təftiş komissiyasının üzvü, Nəsimi rayon təşkilatının sədridir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.  Evlidir, 2 övladı var.

Millət vəkili Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını TƏQDİM ETDİ

Könül Nurullayeva 24 Saylı Nizami Birinci Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. O, 47,9 faiz səslə irəlidədir.

O, 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub.  Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pillələrini bitirib. İngilis və rus dillərini bilir.

2005-ci ildən “İrəli” Ümumrespublika Gənclər Hərəkatının Məşvərət Şurasının üzvü, Hərəkatın Yenidən formalaşma üzrə Təşkilat komitəsinin sədri, 2007-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, 2009-cu ildən Beynəlxalq əlaqələr idarəsinin rəisi olub.Milli Məclisin 6-cı çağırış deputatı kimi Ailə, qadın və uşaq məsələləri komitəsinin, Gənclər və idman komitəsinin üzvü olub.

Evlidir, 1 övladı var.

Sevinc Fətəliyeva: Dövlətimizin başçısının müsahibəsi anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsində böyük önəm daşıyır

30 Saylı Suraxanı Birinci Seçki Dairəsindən Sevinc Fətəliyeva 61.7 faiz səslə üstünlük əldə edib. 

1979-cu il avqustun 17-də Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 80-dən çox məqalə, tezis və metodik vəsaitin müəllifidir. İngilis və rus dillərini bilir.

2003-cü ildən Bakı Slavyan Universitetində müəllim kimi fəaliyyətə başlamışdır. 2006-cı ildən həmin universitetin İngilis filologiyası kafedrasının müdiri vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı Beynəlxalq əlaqələr şöbəsinin müdiridir.

Dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Deputat Afət Həsənova CV-si ilə gündəm oldu - FOTO

32 Saylı Suraxanı Üçüncü Seçki Dairəsindən isə 67.9 faiz səslə Afət Həsənova liderlik edir.

O, 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olmuşdur. ÜİLKGİ MK yanında Ali Komsomol Məktəbinin Tarix fakültəsini bitirib. Rus və ingilis dillərini bilir.

1989–1991-ci illərdə Zəngilan şəhər 1 №-li orta məktəbinin tarix müəllimi, 2001–2012-ci illərdə Bakı Slavyan Universitetinin «Türk-slavyan əlaqələri» elmi tədqiqat laboratoriyasının elmi işçisi, 2012–2015-ci illərdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini-şöbə müdiri, 2015–2020-ci illərdə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Elm və təhsil komitəsinin, İntizam komissiyasının üzvü olub.  Evlidir, 2 övladı var.

Deputatlığa namizəd Pərvanə Vəliyeva niyə belə edir? – Doğma dilini qəbul etməyən şəxsdən MİLLƏT VƏKİLİ olar?

Pərvanə Vəliyeva da ictimaiyyət üçün yeni simadır. Onun namizədliyi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürülüb və açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb.

1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Seçkiyə qədər ictimai birlik sədri olub və eyni zamanda COP29 Təşkilat Komitəsinin üzvüdür.

Hicran Hüseynova: Azərbaycan ürək cərrahiyyəsində regional mərkəzə  çevrilməkdədir

42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səsi Hicran Hüseynova toplayıb.

O, 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Fransanın Milli Fəxri Legion ordeninə layiq görülüb. 

Rus və ingilis dillərini bilir.

2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb. ATƏT-in və Avropa Şurasının gender üzrə ekspertidir. Evlidir, 2 övladı var.

 Mehriban Vəliyeva vəzifəsindən çıxarıldı

44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva ictimaiyyət üçün tanış sima olsa da, bu onun deputat kimi ilk sınağı olacaq.

O, seçicilərin 36.5 faizinin etimadını qazanıb.

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.

 Səbinə Salmanova: Ölkəmizdə siyasi partiyalar həmrəylik nümayiş etdirirlər

45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsinin lideri isə Səbinə Salmanovadır.

O da yeni simadır və daha öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsində çalışıb.


YAP tərəfindən namizədliyi irəli sürülən Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində liderdir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlkin nəticələrə görə, o, seçicilərin 62.8 faizinin etimadını qazanıb.

 

48 saylı Abşeron Birinci Seçki Dairəsindən isə Nigar Məmmədova liderdir.

O, namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Seçkilərdə 61.6 faiz səs toplayıb.

 Azerbaijani MP Sevil Mikayilova gives interview to TRT World TV channel in  connection with provocations of

58 Saylı Xaçmaz Kənd Seçki Dairəsindən  49 faiz səslə Sevil Mikayılova irəliyə çıxıb.

1974-cü il iyunun 27-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin İngilis dili fakültəsini bitirib. Əməkdar jurnalistdir. İngilis və rus dillərini bilir.

1996–1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində redaktor, 1999– 2001-ci illərdə «Midiya Press» İnformasiya Agentliyində, 2001–2004-cü illərdə «525-ci qəzet»də tərcüməçi işləmişdir. 2004–2012-ci illərdə «Trend» İnformasiya Agentliyində tərcüməçi, Tərcümə mərkəzinin direktoru, Tərcümə departamentinin direktoru, 2012–2017-ci illərdə «Azernews» qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 2017-ci ildən «Trend» İnformasiya Agentliyi baş direktorunun müavinidir.

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub. 1 övladı var.

Əminə Ağazadə: Moskva Bəyannaməsinin bütün müddəaları Azərbaycanın milli  maraqlarına uyğundur - "İki sahil"

Əminə Ağazadə 62 Saylı Kürdəmir Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. Seçicilərin 54.7 faiz səsini toplayıb.  1980-ci il martın 26-da Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini, eləcə də Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib.  Ədliyyə müşaviridir. «Prokurorluğun fəxri işçisi» döş nişanı ilə təltif edilib. Rus və ingilis dillərini bilir.

2002–2004-cü illərdə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunda stajormüstəntiq, 2004–2006-cı illərdə Binəqədi Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb. 

2007–2011-ci illərdə Beynəlxalq Əlaqələr İdarəsinin prokuroru, 2011–2020-ci illərdə böyük prokuror-metodisti olub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olub. Evlidir, 1 övladı var.

Fəzail Ağamalının deputatlığa namizəd qızı ilə bağlı qalmaqal - VİDEO -  GlobalInfo.az

65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin lideri Günay Ağamalı isə sabiq millət vəkili Fəzail Ağamalının qızıdır.

O, atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. Günay Ağamalıyeva daha öncə həm də özəl bağçaların birinə rəhbərlik etməsi ilə gündəmə gəlmişdi.

 Tənzilə Rüstəmxanlı qələbəsini belə qeyd etdi - VİDEO | KONKRET

İlkin nəticələrə görə, 70 saylı Neftçala Seçki Dairəsinin lideri Tənzilə Rüstəmxanlı da ilk dəfə parlamentə deputat kimi getməyə çox yaxındır.

O, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır.

VI çağırış Milli Məclisin Şamaxıdan seçilən deputatı olub.  Bu il o seçicilərin 48 faiz səsini toplayıb. 1959-cu il aprelin 5-də Bakı şəhərində anadan olub.  Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Tarix üzrə fəlsəfə doktorudur. «Tərəqqi» medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvü olub. 2 övladı var.

jale-eliyeva

95 Saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsindən Jalə Əliyeva 48 faiz səslə qalib gəlib. 1966-cı il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib.Türk dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 4 monoqrafiyanın, 2 dərs vəsaitinin və 70-dən çox elmi məqalənin müəllifidir. Rus, ingilis və ərəb dillərini bilir. Milli Məclisinin 3, 4, 5 və 6 çağırış deputatı olub. 1 övladı var.

 Fatma Yıldırım: Avropanın ailə mövzusunda zərərli təcrübəsinin təbliğatı  aparılır

99 Sayli Bərdə Seçki Dairəsindən Fatma Yıldırım namizədliyini irəli sürmüşdü. O,  69 faiz səslə seçilib. 1973-cü il yanvarın 12-də Bakı şəhərində anadan olub. 

  Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib.  Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur. Rus və ingilis dillərini bilir. 2012– 2016-cı illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Hüquqi və təşkilati təminat şöbəsi müdirinin müavini, 2016–2018-ci illərdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyində İnformasiya təminatı və insan resursları şöbəsinin müdiri, 2018– 2020-ci illərdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektuta Komitəsində İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Evlidir, 2 övladı var.

 Sahibə Qafarova yenə əsəbiləşdi

Sahibə Qafarova 69.4 faiz səslə liderlik edir. 2020-ci il martın 10-dan parlament buraxılana qədər Azərbaycan Respublikası Milli Məclisinin sədri olub. 

1955-ci il martın 19-da Şəmkir şəhərində anadan olub. Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dillər Universitetinin İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib.  Filologiya elmləri doktoru, professordur. Əməkdar müəllimdir. Bir neçə dərsliyin, dərs vəsaitinin, monoqrafiyanın və elmi məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir. Evlidir, 2 övladı var.

Sevinc Hüseynova: Yeni tərkibdə formalaşmış parlament ötən iki il ərzində  öz müsbət töhfələrini verib - "İki sahil"

Sevinc Hüseynova Milli Məclisin 4, 5, 6-cı çağırış deputatı olub. Bu il 104 Saylı Gədəbəy Seçki Dairəsindən namizədliyini irəli sürmüşdü. O, seçicilərin 52,9 faiz səsini toplayıb.

S. Hüseynova 1970-ci il yanvarın 28-də Gədəbəy rayonunun Slavyanka kəndində anadan olub. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləyib. Evlidir.

Deputat Ülviyyə Həmzəyeva da vəzifəyə təyin olundu

Ülviyyə Həmzəyeva 5 Saylı Babək-Naxçıvan-Culfa Seçki Dairəsindən seçicilərin 55 faiz səsini toplayıb.  O, 1982-ci il aprelin 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olub. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini, eləcə də Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomları ilə bitirib. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamıdır. 4-cü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, 5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Evlidir, 1 övladı var.

Şahanə Rəhimli
Musavat.com

02.09.2024 14:53
10685