Hədə-qorxu ilə tələbetmədə ittiham olunan kanal rəhbəri saxlanıldı

İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Kərimov Teymur polis əməkdaşları tərəfindən saxlanılıb.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Kərimov Teymur barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə cinayət işi başladılıb. İstintaq hərəkətləri aparılır.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da təsdiqləyib.

12.12.2023 13:48
1301