Həccə getmək istəyənlərin NƏZƏRİNƏ: Müddət uzadıldı

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Oxu.Az-un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:

"Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb".

Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

31.03.2025 18:16
465