Həcc ziyarəti zamanı vəfat edən Türkiyə vətəndaşlarının sayı 23-ə yüksəlib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəvvarların əksəriyyətinin ölüm səbəbi ürək-damar xəstəlikləri və yoluxucu xəstəliklərdir.
Bildirilib ki, 2024-cü il Həcc ziyarətinin təşkili zamanı Din məsələləri üzrə rəhbərlik (Dəyanət İşləri Başçılığı) tərəfindən 56 mindən çox müayinə aparılıb. Zəvvar namizədlərinin müayinələrinin əksəriyyəti Dini İşlər Məkkə Xəstəxanasında təşkil edilib.
Nigar HƏSƏNLİ
Musavat.com