"Heç biri onun dəfninə gəlmədi" - FOTO

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam!"

Bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb.

O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradını bildirib:

"Cavanşir müəllimin getdiyi ve reytinq verdiyi verilişlərin heç birinin aparıcıları onunla vidalaşmağa gəlməmişdi. TikTok-da Cavanşir müəllimin danışdığı hissələri paylaşıb verlişlərinizi reklam edənlər, harada idiniz?

Allah hər ikisinə rəhmət eləsin…"

Qeyd edək ki, Cavanşir Məmmədov ötən gün 70 yaşında ürəktutmasından vəfat edib. (Axşam.az)

21.04.2024 17:19
11427