“Həbsxanadan Təranə mənə zəng edib yardım istədi”

“Təranə Səmədova mənə çox haqsızlıqlar edib. Hətta çox dediyim azdır. Şamaxıda ailəmlə birgə istirahətdə idim. Yemək yeyirdik mənə zəng gəldi. Bu zəng isə Təranədən idi. Onun səsini mikrofona qoydum. Yanımda isə xanımım Təranə və uşağım Yusif idi. O telefonda ağlayırdı. Dedi ki, heç kimim yoxdur. Mən təkəm bir tək sənə etibar edə bilərəm. Yanıma yardıma gəl. Məndə ona o yardım etdim”.

OLAY yazır ki, bu sözləri müğənni Kərim Abasov qonaq olduğu “Rəngarəng” verilişində deyib.

Hazırda həbsdə olan keçmiş həyat yoldaşı Təranə Səmədovadan söz açan sənətçi bildirib ki, ona yenə də yardım edəcək:

“Ailəm mənə söylədi ki, o təkdir və gözü yoldadır. İsrar etdilər ki, sən gedib ona yardım etməlisən. Məhz bu səbəbdən məndə həbsxanaya Təranəyə yardım apardım. Təranə əgər bu vəziyyətində məhz mənə ağız açıbsa məni o qurban olduğum (Allahı nəzərdə tutur – red.) istəyir. Bir vaxtlar məni pis vəziyyətlərə salan, o həbsə girənə kimi bu silsilər davam edirdi. Allah onu mənim əlimlə... Allah onun qapısını açsın. Təranə deyəndə ki, mən övladlarımı görə bilmirəm. Mən çox pis oldum. O nə edibsə edib. Mən Təranənin yanında getmişəm, yenə də gedəcəyəm. Özü ilə həbsxanada görüşmüşəm çünki buna icazə vermirlər. Yenə yanına gedəcəyəm ki, orada o narahat olmasın. 

Qeyd edək ki, cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunan T.Səmədova 6 il müddətində azadlıqdan məhrum edilib.

26.09.2024 10:58
1510