Həbsxanada başına gələnlərdən danışdı: "Hamı yatanda, xəlvət..." - VİDEO

“Həbsxanada yorğanımın altında ağlayırdım. Hamı yatanda, xəlvət... Amma ağlamaq istəyəndə mahnı oxuyub sakitləşmişəm. Oradakılar ağlaşıblar, məndə oxumuşam. Həbsdə 5 il qalmalı idim, amma elə oldu ki, 2 ildən sonra azadlığa çıxıb, səhnələrə qovuşdum”.

Bu sözləri müğənni Fədayə Laçın qonaq olduğu “7 tamam” verilişində deyib.

Həbs həyatından danışan ulduz bildirib ki, cəzasını həm də oxumaqla keçirib.

Qeyd edək ki, müğənni 2017-ci ildə həbs edilib. Fədayə Laçının cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilib və o, 29 oktyabr 2019-cu ildə azadlığa buraxılıb. (Publika.az)

10.11.2023 20:30
1344