Daha öncə xəbər verdiyimiz kimi bu gün (8 may) Prezident İlham Əliyev əfv sərəncamı imzaladı.
İmzalanan əfv sərəncamı ilə bir sıra siyasilər, o cümlədən də Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev azadlığa buraxıldı.
Musavat.com xəbər verir ki, Əli Əliyev azadlığa çıxdıqdan sonra ilk mətbuat konfransını keçirib.
Həmin mətbuat konfransından görüntüləri təqdim edirik:
Xatırladaq ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Onun cəza müddəti 2026-cı ildə bitəcəkdi.
Musavat.com