Həbsdə olan xidmət rəisi haqda yeni qərar

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun həbsdə saxlama müddəti uzadılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən polkovnik Cəlilovun həbs müddəti 3 ay 15 gün uzadılıb.

Qeyd edək ki, Mirzə Cəlilov Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə NMR SHXÇDX-nin rəisi vəzifəsində işlədiyi müddətdə ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almaqda ittiham edilir.

06.06.2024 14:29
988