Hazırda həbsdə olan sosial meida fenomeni Bahar Candanın yeni ifadəsi ortaya çıxıb.
Musavat.com baku.ws-ə istinadən bildirir ki, o sosial şəbəkədə paylaşdığı pul dolu çanta və helikopterin fotoşop olduğunu bildirib.
Bahar "Lüks həyat tərzim yoxdur" deyə hər şeyi inkar edib. O varlılar kimi görünməyə çalışdığını, bu cür olmağın onu xoşbəxt etdiyini deyib.
Qeyd edək ki, Bahar bacısı Nihal Candan birlikdə həbs edilib. Onlar çirkli pulların yuyulmasında ittiham edilirlər.