Xəbər verdiyimiz kimi, tanınmış müğənni Rəqsanə İsmayılovanın Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə saxlanıldığı iddia edilir.
Musavat.com xəbər verir ki, R. İsmayılova barəsində yayılan iddialarla bağlı təkzib videosu paylaşaraq açıqlama verib.
“Əzizlərim, çox sağ olun, məni yığırsınız, soruşursunuz, narahat olursunuz. Mənə heç bir şey olmayıb, heç kəs məni saxlamayıb, hamısı boş-boş sözlərdir. Mən Moskbada evimdəyəm, hər şey yaxşıdır, ayın 10-a kimi buradayam, 10-dan sonra Azərbaycana gələcəyəm. Mənim heç bir problemim yoxdur” - o bildirib.