Həbs xəbəri yayılan Elşən Xəzər danışdı: “Evimdəyəm”

Elşən Xəzər “Globalinfo.az”a açıqlamasında bu məlumatı təkzib edib.

“Mən evimdəyəm. Belə xəbəri kimin və niyə yaydığını bilmirəm. Haqqımda yayılan xəbərlər tamamilə yalandır. Mənim İranla heç bir əlaqəm yoxdur”, - deyə o bildirib.

***

Tanınmış meyxanaçı Elşən Xəzər saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə MOUZE telegram kanalı məlumat yayıb.

Onun İranın casus şəbəkəsi ətrafında həyata keçirilən tədbirlər nəticəsində ötən gün saxlanıldığı bildirilir.

Musavat.com

05.08.2023 18:45
4437