Həbs edilən Elman Paşayevdən XƏBƏR VAR - SON DƏQİQƏ

Külli miqdarda dələduzluqda şübhəli bilinən vəkil Elman Paşayev apellyasiya şikayəti verib.

Musavat.com xəbər verir ki, bu barədə TASS-a Moskva Qarnizonu Hərbi Məhkəməsindən məlumat verilib.

"E. Paşayevin şikayəti məhkəmədə qeydə alınıb”, - deyə bildirilib.

Qeyd edək ki, sentyabrın 18-də hərbi məhkəmə E. Paşayevi iki ay müddətinə istintaq təcridxanasına göndərib.

Nigar HƏSƏNLİ,
Musavat.com

23.09.2024 20:34
1268