Havada toz müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova Musavat.com-a bildirib ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır.

“Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - o deyib.

21.08.2024 09:21
376