Hava limanında iki təyyarə toqquşdu – FOTO

ABŞ-ın Atlanta hava limanında Delta aviaşirkətinə məxsus təyyarə başqa bir təyyarəyə çırpılıb.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı NBC News yayıb.

Hadisə ilə bağlı Federal Aviasiya Administrasiyasının açıqlamasında qeyd olunur ki, toqquşma bu gün yerli vaxtla səhər saat 10 radələrində Hartsfield-Jackson Atlanta Beynəlxalq Hava Limanında Delta 295 reysi uçuş üçün hərəkətə başlayarkən baş verib. Təyyarə Endeavour Air 5526 reysi ilə toqquşub. Xəsarət alanlar barədə məlumat yoxdur, Delta Air Lines bəyan edib ki, təmir briqadaları dəymiş ziyanı qiymətləndirir.

Delta reysi Tokioya, Endeavour Air reysi isə Luiziana ştatının Lafayette şəhərinə uçumalı idi.

 

Musavat.com 

3a5a2199-df3d-4653-a8e3-4de164a86bc8.jpg (34 KB)

11.09.2024 00:19
541