Hava ilə bağlı XƏBƏRDARLIQ - leysan yağacaq, dolu düşəcək

Bu gün gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimalı var.

 

20.08.2024 09:04
14629