Zəlzələ nəticəsində dağılan Hataydan daha bir üzücü xəbər gəlib.
Mərkəzi Kahramanmaraş olan ilk zəlzələdə çavuş Ahmet Eren, həyat yoldaşı İrem və 3 yaşlı övladları Giray Dizikaraoğlu dağıntılar altında qalıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, uzun xilasetmə əməliyyatından sonra Ahmet Eren və onun həyat yoldaşının cansız bədəni dağıntılar altından çıxarılıb. 3 yaşlı Giray isə sağ qalıb. Hazırda onun müalicəsi davam etdirilir.
Beləcə zəlzələ fəlakəti daha bir körpəni ata-anasız qoyub...
Musavat.com