Hatayda möcüzə: 296 saatdan sonra 3 nəfər xilas edildi

Türkiyədə baş verən dəhşətli zəlzələnin 13-cü günündə möcüzə qurtarışlarla bağlı sevindirici xəbərlər gəlir.

Musavat.com “Yeni Şafak”a istinadən bildirir ki, Hatayın Antakya rayonunda General Şükrü Kanatlı Mahallesi Türkmenbaşı küşəsindəki Kanatlı Apartmanın dağıntıları altından biri uşaq olmaqla 3 nəfər xilas edilib. Bu xoş hadisə zəlzələnin 296-cı saatında baş verib.

Xilas edilənlər ilkin tibbi yardımdan sonra ambulansla xəstəxanaya aparılıb.

Musavat.com

18.02.2023 15:28
572