Ev iti 6 aylıq körpəni parçalayıb.
Dəhşətli hadisə ABŞ-ın Tennesi ştatında baş verib.
Beşikdə yatan 6 aylıq Ezra Mansoor "Haski" cinsindən olan it tərəfindən hücuma məruz qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan körpənin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, körpənin valideynləri uşağın ölümündən sonra onun orqanlarını ehtiyacı olanlara bağışlayıblar. (milli.az)